USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankının mənfəəti 46 milyon manata çatdı - HESABAT

19.01.2023 Bank
0 0
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə dövlət bankının xalis mənfəəti 45 milyon 600 min manat artaraq 254 milyon 379 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, ABB-nin cəmi aktivləri 2 milyard 555 milyon artaraq 14 milyard 38 milyon manata çatıb. Bunun əsas səbəbi isə bankın kredit portfelinin 431 milyon 136 min manat artaraq 3 milyard 530 milyon manata yüksəlməsidir.

ABB-nin istehlak kreditləri 2021-ci ilin son dövrü ilə müqayisədə 194 milyon 95 min manat artaraq 972 milyon 708 min manata, 50 milyon 689 min manat yüksələrək 1 milyard 637 min manata, daşınmaz əmlak kreditləri isə 186 milyon 352 min manat artaraq 919 milyon 936 min manata çatması bankın kredit portfelini artırıb.

Bankın xalis kreditləri 371 milyon 298 min manat artaraq 3 milyard 237 milyon manata bərabərləşib.

ABB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarını 59 milyon 838 min manat azaldaraq 292 milyon 841 min manata endirib.

Dövlət bankının depozit portfeli 2 milyard 360 milyon manat artarq 10 milyard 622 milyon manata yüksəlib. Bunun səbəbi isə fiziki şəxslərin bankdakı əmanətlərinin 2021-ci ilin son dövrü ilə müqayisədə 624 milyon 104 min manat artaraq 1 milyard 907 milyon manata, hüquqi şəxslərin əmanətləri isə 1 milyard 736 milyon manat artaraq 8 milyard 715 milyon manata çatmasıdır. Bütün bu artımlar isə ABB-nin cəmi öhdəliklərini 2 milyard 359 milyon manat12 milyard 405 milyon manata yüksəldib.

Səhmdar kapitalını 1 il ərzində artırmayan ABB bölüşdürülməmiş mənfəətini 149 milyon 894 min manata 211 milyon 183 min manata yüksəlib. Bundan başqa bankın ümumi ehtiyatlarını 45 milyon 282 min manat çoxaldaraq 196 milyon 89 min manata çatıb. Bunlar isə dövlət bankının cəmi kapitalını 1 il ərzində 195 milyon 177 min manat artıraraq 1 milyard 632 milyon manata çatdırıb.

Faiz gəlirini 146 milyon 382 min manat artıraraq 582 milyon 884 min manata, faiz xərclərini isə 5 milyon 154 min manat artıraraq 91 milyon 756 min manata bərabərləşdirib. Buna görə də bankın xalis faiz gəlirini 141 milyon 228 min manat artaraq 491 milyon 128 min manata çatıb.

Xalis faiz gəlirini artıran ABB qeyri-faiz gəlirini 29 milyon 206 min manat artıraraq 197 milyon 355 min manata çatıb. Bundan başqa qeyri-faiz xərcləri 53 milyon 32 min manat artaraq 293 milyon 53 min manata bərabər olub. Bu da bankın əməliyyat mənfəətini 117 milyon 402 min manat artıraraq 395 milyon 430 min manata yüksəlib.

Bankın məcmu kapitalı 171 milyon 74 min manat yüksələrək 1 milyard 385 milyon manata bərabər olub.

Azərbaycan Beynəlxalq Bankı

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

14.038.886

11.483.857

2.555.029

Kredit

3.530.582

3.099.446

431.136

İstehlak kreditləri

972.708

778.613

194.095

Biznes kreditləri

1.637.937

1.587.248

50.689

Daşınmaz əmlak kreditləri

919.936

733.584

186.352

Xalis Kreditlər

3.237.741

2.866.443

371.298

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

-292.841

-233.003

59.838

Cəmi Öhdəliklər

12.405.965

10.046.112

2.359.853

Depozit

10.622.351

8.261.666

2.360.685

Fiziki şəxslərin depozitləri

1.907.078

1.282.974

624.104

Hüquqi şəxslərin depozitləri

8.715.272

6.978.691

1.736.581

Cəmi Kapital

1.632.921

1.437.744

195.177

Səhmdar kapitalı

1.225.647

1.225.647

0

Bölüşdürülməmiş mənfəət

211.183

61.289

149.894

Ümumi ehtiyatlar

196.089

150.807

45.282

Faiz Gəliri

582.884

436.502

146.382

Faiz Xərci

91.756

86.602

5.154

Xalis Faiz Gəliri/Zərəri

491.128

349.900

141.228

Qeyri-Faiz Gəliri

197.355

168.149

29.206

Qeyri-Faiz Xərci

293.053

240.021

53.032

Əməliyyat Mənfəəti (Zərəri)

395.430

278.028

117.402

Xalis Mənfəət (Zərər)

254.379

208.779

45.600

Məcmu Kapital

1.385.105

1.214.031

171.074