“Kapital Bank” ın əsas kapitalı (I dərəcəli kapitalı) 2022-ci ilin son rübündə 476 milyon 420 min manat olub. Bu isə 2021eyni dövrü ilə müqayisədə 46 milyon 687 min manat çoxdur.
Kommersant.az xəbər verir ki, sözügedən bankın əsas kapitalının artmasının əsas səbəbi bölüşdürülməmiş xalis mənfəətinin 2021-ci ilin dördüncü rübü ilə müqayisədə 26 milyon 687 min manat artaraq 209 milyon 770 min manata çatmasıdır. Bundan başqa isə eyni zamanda adi səhmlər də (tam ödənilmiş payları) 1 il ərzində 20 milyon manat artaraq 205 milyon 850 min manata yüksəlib.
Əsas kapitaldan tutumlar isə 2021-ci ilin son rübü ilə müqayisədə 587 min manat artaraq 26 milyon 867 min manata bərabər olub. Buna görə də “Kapital Bank”ın əsas kapitalı tutumlardan sonra 449 milyon 552 min manata bərabər olub.
Bankın II dərəcəli kapitalı isə 1 il ərzində 118 milyon 419 min manat çoxalaraq 394 milyon 907 min manata bərabərləşib. Bunun əsas səbəbi bankın 2022-ci ildə mənfəətinin 128 milyon 84 min manat artaraq 308 milyon 47 min manata yüksəlməsidir. Ümumi ehtiyatlarını 3 milyon 934 min manat artıran “Kapital Bank”da kapitalın digər komponentləri 13 milyon 600 min manat azalaraq 52 milyon 700 min manata enib.
Bütün bu artıb azalmalar bankın məcmu kapitalını 844 milyon 459 min manata bərabər edib.
Məcmu kapitaldan tutumlar isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin sonunda 22 milyon 818 min manat artaraq 42 milyon 822 min manat olub.