USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABB-nin kapital adekvatlığı üzrə - HESABATI

19.01.2023 Bank
0 0
“Azərbaycan Beynəlxalq Bankı”-nın (ABB) əsas kapitalı (I dərəcəli kapitalı) 2022-ci ilin son rübündə 1 milyard 182 milyon manat olub. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 104 milyon 294 min manat çoxdur. Bu artımın əsas səbəbi isə dövlət bankının bğlüşdürülməmiş xalis mənfəətini 104 milyon 294 min manat azaldaraq 43 milyon 195 min manata endirməsidir.

Kommersant.az bankın açıqladığı hesabata görə xəbər verir ki, ABB-nin əsas kapitaldan tutumları 2021-ci ilin son rübü ilə müqayisədə 1 milyon 999 min manat azalaraq 17 milyon 574 min manata endirib. Bunun tək səbəbi isə bankın qeyri-maddi aktivlərinin azalmasıdır.

Tutumlardan sonra I dərəcəli kapital 1 milyard 164 milyon manata yüksəlib. Bu isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 106 milyon 294 min manat çoxdur.

ABB II dərəcəli kapitalını da 64 milyon 780 min manat artıraraq 325 milyon 841 min manata bərabərləşdi bilib. Bu isə 2022-ci ilin mənfəətinin 45 milyon 600 min manat artaraq 254 milyon 379 min manata, ümumi ehtiyatlarını isə 19 milyon 180 min manat artıraraq 71 milyon 461 min manata yüksəlməsinə görədir.

Bu artım və azalmalar bankın məcmu kapitalını 171 milyon 74 min manat çoxaldaraq 1 milyard 490 milyon manat təyin edib.

Məcmu kapitaldan tutumlarında dəyişiklik etməyən dövlət bankının tutumlardan sonrakı məcmu kapitalı da eyni rəqəmə bərabər olub.

ABB

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

I dərəcəli kapital

1.182.451

1.078.157

104.294

Adi səhmlər (tam ödənilmiş paylar)

1.225.647

1.225.647

0

Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər

0

0

0

Bölüşdürülməmiş xalis mənfəət (zərər)

-43.195

-147.489

104.294

I dərəcəli kapitaldan tutulmalar

17.574

19.573

-1.999

Qeyri-maddi aktivlər

17.574

19.573

-1.999

Təxirə salınmış vergi aktivləri

0

0

0

Tutulmalardan sonra I dərəcəli kapital

1.164.877

1.058.583

106.294

II dərəcəli kapital

325.841

261.061

64.780

Cari ilin mənfəəti

254.379

208.779

45.600

Ümumi ehtiyatlar

71.461

52.281

19.180

Kapitalın digər komponentləri

0

0

0

Məcmu kapital

1.490.719

1.319.645

171.074

Məcmu kapitaldan tutulmalar

105.613

105.613

0