USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Xalq Bankın" xalis mənfəəti azaldı - HESABAT

19.01.2023 Bank
0 0
“Xalq Bank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın xalis mənfəəti 74 min manat azalaraq 27 milyon 215 min manata enib.

Kommersant.az xəbər verir ki, “Xalq Bank”ın cəmi aktivləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 345 milyon 679 min manat artarq 2022-ci ilin dördüncü rübündə 2 milyard 685 milyon manaat yüksəlib. Bunun əsas səbəbi isə bankın xalis kreditlərinin 318 milyon 274 min manata artaraq 1 milyard 709 milyon manata çatmasıdır. Bundan başqa sözügedən bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 15 milyon 981 min manat artıraraq 31 milyon 502 min manatda sabitləşdirib.

“Xalq Bank”ın cəmi öhdəlikləri isə 2021 –ci ilin analoji dövrü ilə müqayisədə 319 milyon 648 min manat artaraq 2 milyard 209 milyon manata bərabər olub. Bunun səbəbi isə bankın depozit portfelinin 1 il ərzində 311 milyon 991 min manat artaraq 1 milyard 855 milyon manata çatmasıdır.

Bankın cəmi kapitalı isə 26 milyon 31 min manat artaraq 475 milyon 212 min manat olub.

“Xalq Bank”ın faiz gəliri 22 milyon 110 min manat artaraq 115 milyon 362 min manata, faiz xərcləri isə 3 milyon 18 min manat artaraq 22 milyon 613 min manata çatıb. Bunlar isə bankın xalis faiz gəlirini 19 milyon 91 min manat artıraraq 92 milyon 748 min manata yüksəldib.

Qeyri-faiz gəlirini 10 milyon 480 min manat artıraraq 24 milyon 168 min manata, qeyri-faiz xərclərini isə 6 milyon 893 min manata yüksəldərək 64 milyon 124 milyon manata çatdırması “Xalq Bank”ın əməliyyat mənfəətini 52 milyon 792 min manata bərabər edib. Bu isə 2021-ci ilin eyno dövrü ilə müqayisədə 22 milyon 678 min manat çoxdur.

Qeyd edək ki, bankın məcmu kapitalı 1 il ərzində 15 milyon 697 min manat azalaraq 427 milyon 58 min manata enib.

Xalq Bank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

2.685.070

2.339.391

345.679

Xalis Kreditlər

1.709.132

1.390.858

318.274

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

31.502

16.121

15.981

Cəmi Öhdəliklər

2.209.858

1.890.210

319.648

Depozit

1.855.258

1.543.267

311.991

Cəmi Kapital

475.212

449.181

26.031

Faiz Gəliri

115.362

93.252

22.110

Faiz Xərci

22.613

19.595

3.018

Xalis Faiz Gəliri/Zərəri

92.748

73.657

19.091

Qeyri-Faiz Gəliri

24.168

13.688

10.480

Qeyri-Faiz Xərci

64.124

57.231

6.893

Əməliyyat Mənfəəti (Zərəri)

52.792

30.114

22.678

Xalis Mənfəət (Zərər)

27.215

27.289

-74

Məcmu Kapital

427.058

442.755

-15.697