USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Bankının kapital dəyişmələri

19.01.2023 Bank
0 0
“Azərbaycan Beynəlxalq Bankı” nın 2022-ci ilin sonuna olan kapital dəyişmələri bəlli olub.

Kommersant.az xəbər verir ki, dövlət bankının adi səhmləri 2022-ci ilin sonunda 1 milyard 225 milyon 647 min manatla yekunlaşıb. Bundan başqa bankın geriyə alınmış adi səhmləri 0, bölüşdürülməmiş mənfəətində isə 211 milyon 183 min manat qalıq olub.

İlin əvvəlində ümumi ehtiyatlarında 150 milyon 807 min manat qalıq saxlayan bankın müddət ərzində 45 milyon 282 dəyişikliyi ilə 2022-ci ilin sonunda qalığını 196 milyon 89 min manatda yekunlaşdırıb.

Qeyd edək ki, ABB-nin cəmi kapitalı 1milyard 632 milyon 921 min manat olub.