“Paşa Bank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın açıqladığı göstəricilərin əksəriyyətində artım müşahidə olunub.
Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “Paşa Bank”ın cəmi aktivləri 2021-ci ilin son rübü ilə müqayisədə 2 milyard 111 milyon manat artaraq 8 milyard 519 milyona çatıb. Bunun səbəbi isə bankın kredit portfelinin 182 milyon 486 min manat artaraq 2 milyard 728 milyon manata bərabər olub. Kredit protfelinin artımı isə “Paşa Bank”ın istehlak kreditlərinin 107 milyon 308 min manat artaraq 270 milyon 549 min manata, biznes kreditləri isə 49 milyon 693 min manat artaraq 2 milyard 346 milyon manata, daşınmaz əmlak kreditləri isə 25 milyon 485 min manat artaraq 111 milyon 281 min manata çatmasıdır.
Bankın xalis kreditləri 191 milyon 981 min manat artaraq 2 milyard 670 milyona bərabərləşib. Eyni zamanda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat 9 milyon 495 min manat azalaraq 57 milyon 98 min manata enib.
“Paşa Bank”ın cəmi öhdəlikləri 2 milyard 25 milyon manat artaraq 7 milyard 856 milyon manat olub. Bu artımın əsas səbəbi isə bankın depozit portfelinin 1 il ərzində 1 milyard 974 milyon manat artaraq 7 milyard 4 milyon manata çatmasıdır. Depozit portfelinin artması hüquqi şəxslərin əmanətlərinin 2 milyard 46 milyon manat artaraq 5 milyard 435 milyon manata yüksəlib. Amma fiziki şəxslər əmanətlərini “Paşa Bank”dan geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri 71 milyon 872 min manat azalaraq 1milyard 568 milyon manata enib.
Bankın cəmi kapitalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 85 milyon 721 min manat artaraq 662 milyon 997 min mata çatıb. Cəmi kapitalda artımlar səhmdar kapitalı və bölüşdürülməmiş mənfəətin 105 milyon 80 min manat (eyni sayda) artmasıdır. Bankın ümumi ehtiyatları isə 2021-cu ilin son rübü ilə müqayisədə 19 milyon 359 min manat azalaraq 19 milyon 499 min manata enib.