USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dörd böyük bankın depozit portfeli üzrə - RENKİNQİ

20.01.2023 Bank
4 4
2022-ci ilin son rübündə bəzi bankların müştərilərindən topladıqları depozitlərin məbləği bəlli olub.

Kommersant.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən ən böyük korporativ banklar depozit portfeli açıqlayıblar. 2022-ci ilin dördüncü rübündə ən çox yığım toplaya bilən bank “Azərbaycan Beynəlxalq Bankı” olub. Dövlət bankı fiziki və hüquqi şəxslərin inamını qazanaraq ən çox əmanət toplayan bank olub.

Siyahıdakı banklar arasında ən az depoziti isə “Xalq Bank” olub. Belə ki, xalqın bankı 2022-ci ilin sonunda 1 milyard 855 milyon 258 min manat depozit portfeli ilə siyahıdakı banklar arasında sonuncu olub. Amma “Xalq Bank”ın fiziki şəxslərdən topladığı yığımlar “Paşa Bank” “Kapital Bank”dan çox olub. Fiziki şəxslərdən topladığı yığımlarla önə keçə bilən “Xalq Bank” hüquqi şəxslərdən topladığı depozitlə siyahıdakı banklar arasında sonuncu olub.

Bankın Adı

Depozit

Fiziki şəxslərin depoziti

Hüquqi şəxslərin depoziti

ABB

10.622.351

1.907.078

8.715.272

Kapital Bank

6.098.625

1.642.452

4.456.174

Paşa Bank

7.004.319

1.568.704

5.435.615

Xalq Bank

1.855.258

1 855 258

971 764