Azərbaycanda fəaliyyət göstərən korporativ banklar arasında hesabatındakı rəqəmlərə görə ən böyük hesab edilən dörd bankın 2022-ci ilin sonunda əhaliyə verdiyi kreditlərin məbləği bəlli olub.
Kommersant.az xəbər verir ki, siyahıdakı banklar arasında ən az kredit portfelinə sahib olan bank “Xalq Bank” olub. Belə ki, xalqın bankı 2022-ci ilin sonunda 1 milyard 740 milyon 634 min manatlıq kreditə sahib olub.
Ən yüksək kredit portfelinə isə “Azərbaycan Beynəlxalq Bankı” sahib olub. Belə ki, dövlət bankı 3 milyard 530 milyon 582 min manatlıq kreditlə adını siyahıda birinci yerə sahib olub.
İstehlak kreditlərində də ən sonda 214 milyon 680 min manatla “Xalq Bank” sonuncu, 1 milyard 833 milyon 106 min manatla isə “Kapital Bank” birinci olub.
Biznes kreditlərində isə “Kapital Bank” 908 milyon 342 min manatla sonuncu olub. 2 milyard 346 milyon 234 min manatla “Paşa Bank” isə birinci yerdə qərar tutub.
İpoteka kreditlərində isə dövlət bankı 919 milyon 936 min manatla lider, 111 milyon 281 min manatla isə “Paşa Bank” sonuncu olub.