USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Xalq Bank"ın kapital dəyişmələri - AÇIQLANDI

20.01.2023 Bank
0 1
“Xalq Bank”ın kapital dəyişmələri üzrə hesabatı məlum olub.

“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın adi səhmlərində dəyişiklik baş verməyib.

Belə ki, bankın adi səhmləri ilin əvvəlində 364 milyon 772 min manat olub ki, bu da ilin sona qədər dəyişməz olaraq qalıb.

Bundan başqa bankın dividentləri də il sonun qədər dəyişməyərək – 5 milyon 445 min manata bərabər olub.

“Xalq Bank”ın bölüşdürülməmiş məbləği ilin əvvəlində 66 milyon 330 milyon manat olsa da müddət ərzində 21 milyon 37 min manat dəyişiklik edərək sözügedən məbləği 87 milyon 368 min manata yüksəldib.

Bankın ümümi ehtiyyatları ilin əvvəlində 18 milyon 78 min manat olsa da müddət ərzində 4 milyon 993 min manat artaraq 23 milyon 71 min manata çatıb.

Qeyd edək ki, “Xalq Bank”ın cəmi aktivləri 2022-ci ilin sonunda 475 milyon 212 min manata çatıb.