USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankının biznes kreditləri 46%-dən çox artdı

16.01.2023 Bank
0 0
“Azərbaycan Beynəlxalq Bankı”nın kreditlər üzrə bölgüsü bəlli olub.

Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Azərbaycan Dövlət Bankı”nın müştərilərinə verdiyi kreditləri 3 milyard 530 milyon 582 min manat olub. Bu isə ötən ilin sonu ilə müqayisədə 431 milyon 116 min manat çoxdur.

Kredit portfelinin 46,4%-i biznes kreditləri, 27,5%-i istehlak kreditləri, 26%-i isə daşınmaz əmlak kreditinin payına düşüb.

Dövlət bankının istehlak kreditləri 194 milyon 95 min manat və ya 20% artaraq 972 milyon 708 min manat olub. Bundan başqa bankın biznes kreditləri 50 milyon 689 min manat və ya 0,03% artaraq 1 milyard 637 milyon 937 min manata yüksəlib. Daşınmaz əmlak krediti isə 186 milyon 352 min manat və ya 20% artaraq 919 milyon 936 min manata bərabərləşib.