USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

VTB Krımda işləyəcək

18.01.2023 Bank
0 0
VTB Rusiya Milli Kommersiya Bankının dəstəyi ilə Krımda işləməyə hazırlaşır.

"VTB Krımda fəaliyyətini regionun ən böyük bankı - Rusiya Milli Kommersiya Bankının əsasında həyata keçirmək niyyətindədir. Biz onun bu il qrupa qoşulmasını planlaşdırırıq", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Sberbank Krımda işə başladığını elan etdi. Mətbuat xidmətindən bildirilib ki, yarımadanın ərazisində ilk bankomatlar artıq quraşdırılıb və ilin birinci yarısında qurumun ofisləri açılacaq.