Azərbaycanda Bank və Bank Olmayan Kredit Təşkilatlarının verdiyi kreditlərdə problemli kreditlər 18,4% azalıb. Bu isə ümumi kredit portfelinin 3,2 %-ni təşkil edir.
"Kommersant.az" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) təqdim etdiyi məlumata görə, 2022-ci il dekabr ayının 1-də ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1% artaraq, milli valyuta ekvivalentində 20 milyard 218 milyon manat təşkil edir. Ümumi kredit portfelinin 16 milyard 312 milyon manatı və ya 80,7 %-i uzunmüddətli kreditlərin payına düşür. Kreditlərin 97,3%-i banklar, 2,7%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilir. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 18,4 % azalaraq 641 milyon manat olub.