USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank VTB"-dən Rusiya işğalına dəstək

23.01.2023 Bank
1 24
2014-cü ildən etibarən Ukraynanı işğal etməyə başlayan Rusiya indi də işğal ərazilərinə öz banklarını yerləşdirərək yerini sabitləməyə çalışır. Belə ki, 2014-cü ildə Krımı ilhaq edən Rusiya sözügedən şəhərə bəzi banklarını yerləşdirir.

Kommersant.az xəbər verir ki, SWIFT-dən uzaqlaşdırılaraq maliyyə bazarında tək qalan Rusiya bankları ciddi maliyyə itkilərinə məruz qalıb. SWIFT təşkilat olaraq sanksiya qərarlarına təsir etmədiyini, belə qərarların hökumətlər tərəfindən qəbul edildiyini bildirilir.

Buna baxmayaraq, bir sıra banklar Rusiyanın Ukraynanı işğalını dəstəkləyir. Belə ki, Rusiyada fəaliyyət göstərən 331 bankın 7-i artıq Krımda öz filialını açıb. “Sber Bank”, “Bank Rossiya”, “Bank CBRR”, “GenBank”, “İs Bank”, “PSB Bank”, “RNKB” və bu siyahıya adını yazdırmağa niyyətlənən "Bank VTB". Qeyd edək ki, “Bank VTB” 8-ci bank olaraq Krım torpaqlarına ayağını basacaq.

Xatırladaq ki, “Bank VTB” Azərbaycanda da fəaliyyət göstərir. Hələ də 2022-ci ilin son rübünə olan göstəricilərini açıqlamayan bankın yaxın tarixdə açıqlayacağı hesabatın 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aşağı olacağı ehtimal edilir.