USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Korporativ bankların məcmu kapital üzrə siyahısı

23.01.2023 Bank
11 0
Azərbaycanda fəaliyyət göstərən korporativ banklar arasında dörd böyük bankın xalis mənfəəti üzrə hesabatı bəlli olub.

Kommersant.az xəbər verir ki, 2022-ci ilin son rübünə olan hesabatını açıq elan edən banklar arasında məcmu kapitalı azalan tək bank “Xalq Bank” olub. Belə ki, sözügedən bankın məcmu kapitalı 2021-ci ilin son rübü ilə müqayisədə 15 milyon 697 min manat azalaraq 427 milyon 58 min manata enib. Bu həmçinin siyahıdakı banklar arasında ən az məcmu kapitaldır.

171 milyon 74 min manatlıq artımla “Azərbaycan Beynəlxalq Bankı” siyahıda ikinci yeri tutub. Dövlət bankının artımdan sonra məcmu kapitalı 1 milyard 385 milyon 105 min manata bərabər olub.

Qeyd edək ki, “Paşa Holdinq”ə məxsus banklardan “Paşa Bank” “Kapital Bank”ın toplam məcmu kapitalı dövlət bankının məcmu kapitalına bərabər ola bilməyib. Belə ki, hər iki bankın toplam məcmu kapitalı 1 milyard 352 milyon 347 min manat olub ki, bu da “Azərbaycan Beynəlxalq Bankı”ndan 32 milyon 758 min manat və ya 0.2% azdır.

Bankın Adı

2022 (IV Rüb)

2021(IV Rüb)

Fərq

ABB

1.385.105

1.214.031

171.074

Paşa Bank

550.710

423.260

127.450

Kapital Bank

801.637

659937

141.700

Xalq Bank

427.058

442.755

-15.697