USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin banklardakı əmanəti 35% artıb

23.01.2023 Bank
21 2
Banklardakı əmanətlərin böyük əksəriyyəti milli valyutada saxlanılır.

Kommersant.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 28 faiz artaraq 2022-ci il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 11 milyard 588 milyon manat təşkil edib. Əmanətlərin 61,1 faizi milli, 38,9 faizi xarici valyutada qoyulub.

Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 18,7 faiz artıb.