Kimisi öz, kimisi də tanışının başına gələn hadisələrə görə sığorta şirkətlərinin səmimiyyətinə inanmır
"Kommersant" xəbər verir ki, bu fikirlər apardığımız video sorğu nəticəsində əldə olunub. Belə ki, sorğuda iştirak edən paytaxt sakinləri özlərini və ya əmlaklarını sığorta etdirməkdə maraqlı olmadıqlarını bildiriblər. Buna səbəb kimi də sığorta şirkətlərinə güvənmədiklərini əsas gətirirlər.