“Bank of Baku” (BOB) 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 36 milyon 865 min manat olub. Bu da 2021-ci ilin son rübü ilə müqayisədə 13 milyon 805 min manat və ya 59.9% çoxdur.
Bankın məcmu kapitalı isə 24 milyon 752 min manat və ya 24.1% artaraq 36 milyon 865 min manata yüksəlib.
KREDİT PORTFELİ AKTİVLƏR CƏMİNİ ARTIRIB
Kommersant.az xəbər verir ki, “Bank of Baku”nun cəmi aktivləri 203 milyon 737 min manat və ya 41% artaraq 701 milyon 231 min manata çatıb. Bu artımın 80%-i kredit portfelinin payına düşüb. Belə ki, bankın kredit portfeli 163 milyon 673 min manat və ya 39.5% artaraq 577 milyon 534 min manata çatıb.
Kredit portfelində istehlak kreditləri 44.5% və ya 122 milyon 647 min manat artaraq 398 milyon 103 min manata bərabər olub. BOB-un biznes kreditlərində isə 34 milyon 101 min manat və ya 28.3% artaraq 154 milyon 675 min manata yüksəlib. Bank daşınmaz əmlak kreditlərini 1 il ərzində 6 milyon 895 min manat və ya 38.7% artıraraq 24 milyon 725 min manata çatıb.
BOB-un mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı 6 milyon 357 min manat azalaraq 62 milyon 998 min manata enib. Nəticədə bankın xalis kreditləri 170 milyon 29 min manat və ya 49.3% artaraq 514 milyon 535 min manata bərabər olub.
CƏMİ ÖHDƏLİKLƏRİ VƏ DEPOZİT PORTFELİ ARTIB
BOB-un öhdəliklər cəmi 1 il ərzində 175 milyon 351 min manat və ya 43.5% artaraq 578 milyon 370 min manata bərabər olub. Öhdəliklər cəminin artmasında depozit portfelinin payı 67.5% olub. Belə ki, BOB-un portfeli 365 milyon 532 min manat olub. Bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 118 milyon 355 min manat və ya 47.9% çoxdur.
Fiziki şəxslərin əmanətləri 108 milyon 356 min manat 48.9% artaraq 330 milyon 19 min manata, hüquqi şəxslərin əmanətləri isə 10 milyon manat və ya 39.1% artaraq 35 milyon 513 min manata bərabər olub.
BOB-un bölüşdürülməmiş mənfəəti 27 milyon 639 min manat və ya 82.3% artaraq 61 milyon 210 min manat olub. Buna görə də bankın cəmi kapitalı 28 milyon 385 min manat və ya 30% artaraq 122 milyon 860 min manata çatıb.
MƏNFƏƏTLƏRİ ARTIB
Bankın faiz gəliri 32 milyon 142 min manat və ya 47.3% artaraq 100 milyon 70 min manata, faiz xərcləri isə 9 milyon 671 min manat və ya 73% artaraq 22 milyon 905 min manat olub. Nəticədə bankın xalis faiz gəliri 22 milyon 471 min manat və ya 41% artaraq 77 milyon 165 min manata bərabərləşib.
Qeyri-faiz gəliri 1 milyon 858 min manat və ya 18.7% artaraq 11 milyon 803 min manata, qeyri-faiz xərcləri isə 10 milyon 818 min manat və ya 24.5% artaraq 54 milyon 871 min manata bərabər olub. Buna görə də bankın əməliyyat mənfəəti 13 milyon 511 min manat artaraq 34 milyon 97 min manata bərabərləşib.