USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank “Nağd pul ofisi”nin iş günlərinin sayını artırıb

31.01.2023 Bank
1 0
Sabahdan Azərbaycan Mərkəzi Bankının (AMB) Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı əhaliyə xidmət üzrə “Nağd pul ofisi” həftənin çərşənbə axşamı və cümə axşamı günləri ilə yanaşı, çərşənbə günləri də, saat 10:00-dan 13:00-a qədər fəaliyyət göstərəcək.

Məlumata görə, bununla da, əhalidə olan tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə təşkil olunan xidmət kassasının fəaliyyət günlərinin sayı artırılıb. Vətəndaşlar qeyd edilən ünvanda yerləşən xidmət kassasına yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.

Əlavə suallarla bağlı AMB-nin “Qaynar xətt”inə (966) müraciət oluna bilər.