Bu il biznes kreditlərində kənd təsərrüfatı sahəsinə verilən kreditlərin həcmi əvvəlki illərə nisbətən artaraq 2022-ci ilin sonunq 22,5%-ə çatıb.
Kommersant.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev 2-ci Aqrobiznesin İnkişafı Forumunda deyib.
O bildirib ki, ümumilikdə aqrar sektora verilən biznes kreditlərinin 3-də biri dövlət fondlarının, 3-də ikisi isə bankların öz vəsaiti hesabına reallaşıb.