USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan bankları Türkiyəyə ianələrlə bağlı komissiya haqqını ləğv edib” - ABA

08.02.2023 Bank
13 0
“Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) Azərbaycan bankları vasitəsilə ianələrə komissiya tutulmur”.

Bunu açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən banklar bununla bağlı birgə qərara gəlib.

Qərara əsasən, həm AFAD-ın hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər vergisi və komissiya tutulmur.