USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yelo Bank"dan qardaş Türkiyəyə dəstək

09.02.2023 Bank
2 0
Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək istəyənlərin diqqətinə: Yelo Bank-a məxsus bank kartları ilə Türkiyə Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) ianə məqsədli bütün köçürmələr komissiyasız və vergisiz həyata keçiriləcək. Həmçinin, müştərilər filiallarda da AFAD-a köçürmələrini komissiyasız həyata keçirə biləcəklər.

Qeyd edək ki, bu qərar həm fiziki, həm də hüquqi şəxslərin ianələrinə şamil olunur. İanə etmək üçün bu linkə keçid edə bilərsiniz: https://bit.ly/iane-et

Yelo Bank zəlzələ qurbanlarının ailələrinə və bütün Türkiyə xalqına başsağlığı verir, yaralılara şəfa diləyir.

Bank xidmətləri, o cümlədən online pul kocurme haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!