“İnkişaf üçün maliyyə” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 269 min manat xalis zərərlə başa vurub
"Kommersant" BOKT-un maliyyə hesabatına əsasən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 21,9 dəfə azdır.
"BOKT"un açıqladığı hesabatda faiz gəlirləri 2 milyon 446 min manat, xərcləri isə 2 milyon 723 min manat olub. Təşkilat mənfəətdən vergilərə 90 min manat ödəyib. Həmçinin, xüsusi ehtiyyata ayırmalar 83 min manat təşkil edib.
"İnkişaf üçün maliyyə" nin bu bilin yanvar ayına aktivləri 5 milyon 520 milyon manat, bu da 2016-cı ilin hesabatı ilə müqayisədə 23% azalma deməkdir. Müştərilərə verilən kreditlərin həcmi 4 milyon 117 min manat.
Hesabat dövründə "İnkişaf üçün maliyyə"nin öhdəlikləri 20,9% azalaraq 5 milyon 201 min manat , balans kapitalı isə 45,9% azalaraq 318 min manata düşüb.