Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapital üzrə renkinqi bəlli olub.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, 25 bankdan 21-ində məcmu kapital artsa da, digər 4 bankda sözügedən kapital azalıb.
AZALMALARA GÖRƏ
“AFB Bank”ın məcmu kapitalı 2021-ci ilin sonu ilə müqayisədə 381 min manat və ya 0.04% azalaraq 82 milyon 458 min manata enib.
“Bank Avrasiya”nın da məcmu kapitalı 1 milyon 606 min manat və ya 0.2% azalaraq 69 milyon 326 min manata düşüb.
“Günay Bank”ın məcmu kapitalı isə 740 min manat və ya 0.1% azalaraq 64 milyon 633 min manatadək azalıb.
“XalqBank”ın məcmu kapitalı isə 15 milyon 697 min manat və ya 0.3% azalaraq 427 milyon 58 min manata bərabərləşib.
Məcmu kapital faiz nisbəti ilə ən çox “Xalq Bank”da, ən az azalma isə “AFB Bank”da qeydə alınıb.
ARTIMLARA GÖRƏ
Ən çox artım “Azərbaycan Beynəlxalq Bankı”nda olub. Belə ki, dövlət bankının məcmu kapitalı 171 milyon 74 min manat və ya 14% artaraq 1 milyard 385 milyon 105 min manata yüksəlib.
Ən az artım isə “Bank BTB”də qeydə alınıb. Ticarət bankının məcmu kapitalı 2021-ci ilin son rübü ilə müqayisədə 197 min manat və ya 0.03% artaraq 53 milyon 772 min manata bərabərləşib.
Qeyd edək ki, ən yüksək məcmu kapitala sahib olan “Azərbaycan Beynəlxalq Bankı”ı 1 milyard 385 milyon 105 min manatla siyahıda lider olub.
“Bank BTB” ən az məcmu kapitalla siyahıda ən son sırada qərarlaşıb. Bankın məcmu kapitalı 53 milyon 772 min manata bərabər olub.