Azərbaycanda fəaliyyət göstərən bankların əməliyyat mənfəəti/zərəri üzrə renkinqi bəlli olub.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, əməliyyat zərəri əldə edən bank olmayıb.
KORPORATİV BANKLAR
Korporativ banklar arasında ən yüksək əməliyyat mənfəəti “Azərbaycan Beynəlxalq Bank”ında olub. Dövlət bankının sözügedən mənfəəti 117 milyon 402 min manat və ya 42.3% artaraq 395 milyon 430 min manata bərabərləşib.
“GünayBank”ın əməliyyat mənfəəti isə 2021-ci ilin son rübü ilə müqayisədə 303 min manat və ya 12% azlaraq 2 milyon 224 min manata enib.
“RETAİL” BANKLAR
RETAİL banklar arasında isə ən yüksək artım “Access Bank”da olub. Bankın əməliyyat mənfəəti 23 milyon 70 min manat və ya 18.2 dəfə artaraq 24 milyon 334 min manata yüksəlib.
Sözügedən banklar arasında ən az artım isə “RabitəBank”da qeydə alınıb. Belə ki, bankın əməliyyat mənfəəti 1 il ərzində 1 milyon 854 min manat və ya 1% azalaraq 20 milyon 625 min manata bərabərləşib.