USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin I yarısında dövlət büdcəsi 297 mln. manat profisitlə icra olunub

10.07.2018 Bank
0 0
2018-ci ilin altı ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.

Maliyyə Nazirliyindən "Kommersant"a verilən məlumata görə, 2018-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 9 mlrd. 821,6 mln. manat, xərcləri 9 mlrd. 524,3 mln. manat olub, 297,3 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

2018-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 9821,6 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz və yaxud 2096,8 mln. manat çoxdur.