USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xalis faiz gəlirini azaldan banklar - RENKİNQ

14.02.2023 Bank
24 0
Azərbaycanda fəaliyyət göstərən bankların xalis faiz gəliri/zərəri üzrə renkinqi bəlli olub.

Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, xalis faiz zərəri olan bank olmayıb. Amma istisnalar hər zaman olduğu kimi burada da var. Belə ki, banklarımızdan 2-si xalis faiz gəlirini azaldıb. Geri qalan 23 bank isə sözügedən gəlirini daha da artırıb. Azalma göstərən bankların ikisi də korporativ banklardır.

XALİS FAİZ GƏLİRİ AZALAN BANKLAR

Digər renkinqlərdə olduğu kimi “Bank BTB” xalis faiz gəlirinin azaldığı haqda məlumat verib. Bakının Ticarət Bankının sözügedən gəliri 600 min manat və ya 5,9% azalaraq 9 milyon 530 min manata enib.

“Günay Bank”da xalis faiz gəlirini 1 milyon 614 min manat və ya 32,6% azalaraq 3 milyon 336 min manata düşüb.

KORPORATİV BANKLAR

Korporativ banklar arasında ən yüksək xalis faiz gəlirinə “Kapital Bank” sahib olub. Onun sözügedən gəliri 29,6% artaraq 525 milyon 313 min manata çatıb. Beləliklə, "Paşanın bankı" rəqiblərini geridə qoyaraq liderlik kürsüsünə əyləşib.

Farsların bankı istisna olmaqla, xalis faiz gəliri ən az olan korporativ bank “Günay Bank” olub. Onun sözügedən gəliri 3 milyon 336 min manat olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 32,6% azdır. "Günayın bankı" bu imtahandan kəsilərək "sinifdə qalıb".

RETAİL BANKLAR

RETAİL banklar arasında “Bank Respublika” rəqiblərinə aman verməyərək stolun başında oturub. Onun xalis faiz gəliri 84 milyon 791 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 28 milyon 33 min manat və ya 49,4% çoxdur.

“Bank VTB”nin Azərbaycan filialı RETAİL banklar arasında ən az xalis faiz gəliri əldə edən bankdır. Rusların bankının xalis faiz gəliri 1 il ərzində 4 milyon 294 min manat və ya 35,7% artaraq 16 milyon 313 min manata çatıb. Amma buna baxmayaraq, sözügedən bank digər bazar iştirakçılarından geri qalıb.

Bankın Adı

Xalis Faiz Gəliri/Zərəri

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

1

ABB

491.128

349.900

141.228

2

Access Bank

83.574

53.687

29.887

3

AFB Bank

15.360

12.215

3.145

4

ASB

13.381

12.715

666

5

Azər Türk Bank

24.187

15.913

8.274

6

Bank Avrasiya

10.569

9.863

706

7

Bank BTB

9.530

10.130

-600

8

Bank of Baku

77.165

54.694

22.471

9

Bank Respublika

84.791

56.758

28.033

10

Bank VTB

16.313

12.019

4.294

11

Express Bank

37.955

34.837

3.118

12

Günay Bank

3.336

4.950

-1.614

13

Kapital Bank

525.313

405.433

119.880

14

Melli İran Bankı

3.194

3.142

52

15

Muğan Bank

3.930

190

3.740

16

Naxçıvan Bank

19.771

12.389

7.382

17

Paşa Bank

259.752

209.344

50.408

18

Premium Bank

20.768

17.968

2.800

19

Rabitə Bank

48.696

39.806

8.890

20

Turan Bank

24.732

15.139

9.593

21

UniBank

104.707

79.730

24.977

22

Xalq Bank

92.748

73.657

19.091

23

Yapı Kredi Bank

24.078

20.857

3.221

24

Yelo Bank

53.830

43.961

9.869

25

Ziraat Bank

22.539

14.252

8.287