USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin bankları "sinifdə qaldı" - RENKİNQ

14.02.2023 Bank
13 4
Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kreditinə görə renkinqi məlum olub.

Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan cəmi 1-i istehlak kreditlərini 2021-ci ilin son rübü ilə müqayisədə azaldıb. Türkiyənin ölkəmizdə fəaliyyət göstərən “Ziraat Bank”ı istehlak kreditlərini 466 min manat və ya 15,9% azaldaraq 2 milyon 455 min manat endirib. Bundan başqa Türkiyənin dövlət bankı korporativ banklar arasında ən az istehlak krediti verən bank olub.

2021-ci ilin son rübü ilə müqayisədə “Kapital Bank” ən çox istehlak krediti verən korporativ bank olub. Onun sözügedən krediti 230 milyon 722 min manat və ya 14,4% artaraq 1 milyard 833 milyon 106 min manata yüksəlib.

“Bank of Baku” da RETAİL banklar arasında ən çox istehlak krediti verdiyinə görə kürsüdə krallar kimi əyləşib. Onun istehlak krediti 122 milyon 647 min manat və ya 44,5% artaraq 398 milyon 103 min manata çatıb.

Ən az istehlak krediti verən RETAİL bank isə Türkiyənin “Yapı Kredi Bank”ı olub. Türkiyənin “qoçları” istehlak kreditlərini 5 milyon 156 min manat və ya 12,8% artıraraq 45 milyon 307 min manata bərabərləşdirib.

Bununla da RETAİL və korporativ banklar arasında Türkiyənin ölkəmizdə fəaliyyət göstərən iki bankı da "sinifdə qalıb".

Bankın Adı

İstehlak Kreditləri

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

1

ABB

972.708

778.613

194.095

2

Access Bank

174.215

86.221

87.994

3

AFB Bank

19.079

16.393

2.686

4

ASB

-

-

-

5

Azər Türk Bank

143.475

77.672

65.803

6

Bank Avrasiya

8.876

3.921

4.955

7

Bank BTB

29.071

24.130

4.941

8

Bank of Baku

398.103

275.456

122.647

9

Bank Respublika

227.600

140.710

86.980

10

Bank VTB

70.433

56.133

14.300

11

Express Bank

159.369

137.987

21.382

12

Günay Bank

2.657

2.533

124

13

Kapital Bank

1.833.106

1.602.384

230.722

14

Melli İran Bankı

-

-

-

15

Muğan Bank

44.587

29.615

14.972

16

Naxçıvan Bank

-

-

-

17

Paşa Bank

270.549

163.241

107.308

18

Premium Bank

5.993

1.739

4.254

19

Rabitə Bank

205.605

149.160

56.445

20

Turan Bank

138.793

92.514

46.279

21

UniBank

547.206

435.188

112.018

22

Xalq Bank

214.680

-

-

23

Yapı Kredi Bank

45.307

40.151

5.156

24

Yelo Bank

153.448

111.552

41.896

25

Ziraat Bank

2.455

2.921

-466