Hüquqi şəxslərin Azərbaycanda fəaliyyət göstərən 25 bankdan hansına daha çox güvəndiyi və depozitlərini hansı banka əmanət etdikləri haqda sizləri məlumatlandıraq.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən banklardan 14-ü bzinesmənlərdən topladığı depoziti artırsa da, digər 8 bank biznesmen müştərilərini itirib. Maraqlısı isə budur ki, bzinesmen müştərilərini itirən bankların 5-i korporativ bankdır.
BİZNESMENLƏRİNİ İTİRƏNLƏR KORPORATİVLƏR
“AFB Bank” hüquqi şəxslərdən topladığı əmanətləri 2021-ci ilin sonu ilə müqayisədə 4 milyon 600 min manat və ya 5% azaldaraq 86 milyon 348 min manata endirib. “Bank BTB” də sözügedən depozitlərini 1 milyon 333 min manat və ya 11,2% azaldaraq 10 milyon 584 min manata salıb. “Bank VTB”nin Azərbaycan filialı biznesmenlərdən topladığı əmanəti 3 milyon 849 min manat və ya 11% azaldaraq 31 milyon 58 min manata salıb. “Muğan Bank”ın hüquqi şəxslərdən itirdiyi məbləğ 1 il ərzində 18 milyon 932 min manat və ya 16,3% azalaraq 97 milyon 101 min manata düşüb. “Premium Bank”ın da sözügedən depozitləri 65 milyon 277 min manat və ya 34,1% azalaraq 125 milyon 827 min manata enib.
RETAİL BANKLARDA BİZNESMENLƏRİNİ İTİRƏNLƏR
RETAİL banklar arasında “Rabitə Bank” və “Turan Bank” hüquqi şəxslərdən topladığı əmanətləri əllərində tuta bilməyib. Belə ki, “Rabitə Bank”ın biznesmenlərindən topladığı əmanətlər 1 il ərzində 179 milyon 874 min manat və ya 38,3% azalaraq 289 milyon 972 min manata düşüb. “Turan Bank”ın hüquqi şəxslərdən aldığı əmanətlər 58 milyon 451 min manat və ya 36,6% azalaraq 101 milyon 370 min manata enib.
Biznesmenlərin əmanətlərinə ən çox sahib sahib olan bank “Azərbaycan Beynəlxalq Bankı”, ən az isə “Bank Avrasiya” olub.