Azərbaycanda fəaliyyət göstərən bankların səhmdarlarının kapitalı barədə sizləri məlumatlandırmaq istəyirik.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 4-ü səhmdarların kapitalını artırıb, geri qalan 20 bankda isə nə səhmdar, nə də kapitalı dəyişib. Səhmdarlar kapitalını dəyişən bankların 2-i RETAİL, ikisi isə Korporativ bankdır.
SƏHMDAR KAPİTALI
“AccessBank”ın səhmdarları kapitalını 11 milyon 389 min manat və ya 4,4% artıraraq 270 milyon 107 min manata çatdırıb. Kapitalını artıran digər RETAİL bank isə “UniBank” olub. Onun səhmdarları kapitalını 7 milyon 514 min manat və ya 5,7% artıraraq 138 milyon 200 min manata yüksəldib.
Korportativ banklar arasında isə “Paşa Holdinq”ə məxsus “Kapital Bank” və “Paşa Bank” səhmdar kapitalını artırıb. Belə ki, “Kapital Bank”ın səhmdar kapitalı 2021-ci ilin son rübü ilə müqayisədə 20 milyon və ya 8,1% artıraraq 265 milyon 850 min manata bərabərləşdirib. “Paşa Bank” isə səhmdar kapitalını 105 milyon 80 min manat və ya 19,5% artıraraq 643 milyon 498 min manata çatdırıb.