Azərbaycanda fəaliyyət göstərən bankların mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını azaldıb. 25 bankdan cəmi 7-si sözügedən ehiyatını artırıb ki, bu da 3 bankdan 1-i deməkdir. İstisnalar odluğu kimi bu siyahıda da farsların bankını istisna edərək 3/1-i dedik.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını artıran 7 bankın 6-sı korporativ digəri isə RETAİL bankdır.
Korporativ banklar arasında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını artıran “Azərbaycan Beynəlxalq Bankı” 59 milyon 838 min manat və ya 25.7% artımla siyahıya liderlik edib. Dövlət bankının sözügedən ehtiyatı 2022-ci ilin sonunda 292 milyon 841 min manat olub.
“Bank BTB” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 il ərzində 10 min manat və ya 0.3% artıraraq 3 milyon 5 min manat çatdırıb. Bakının Ticarət Bankı azacıq da olsa, bu artımı ilə Bakıdakı biznesmenlərə ümid işığı tutub.
“Naxçıvan Bank”ın da ehtiyatı 2021-ci lin analoji dövrü ilə müqayisədə 750 min manat və ya 12,8% artaraq 6 milyon 589 min manata yüksəlib. Bununla da naxçıvanlılar “ehtiyat igidin yaraşığıdır "da bə” deyərək adını artım göstərən banklar siyahısına yazdırıb.
“Premium Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 5 milyon 837 min manat və ya 1.6 dəfə artıraraq işi göylərdə olanların yerdəki ehtiyatını artırıb. Bununla da bankın ehtiyatı 9 milyon 332 min manata bərabər olub.
“Xalq Bank” da mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 15 milyon 981 min manat və ya 99% artıraraq 31 milyon 502 min manata çatdırıb. “Xalqın bankı” faiz nisbətinə görə ehtiyatını ən çox artıran üçüncü korporativ bank olub.
Türkiyənin dövlət bankı “Ziraat Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 6 milyon 306 min manat və ya 1.4 dəfə artıraraq 10 milyon 868 min manata yüksəldib.
KORPORATİV BANKLAR
Korportativ banklar arasında ehtiyatını ən zirvələrə qaldıran “Kapital Bank” olub. “Paşanın bankı”nın sözügedən ehtiyatı 1 il ərzində 3 milyon 282 min manat azalsa da, 368 milyon 193 min manata bərabər olub ki, bu da rəqiblərinə görə ən yüksək göstəricidir.
Ən az mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata sahib olan korporativ bank isə “Bank BTB” olub. Onun sözügedən ehiyatı 3 milyon manatdır.
RETAİL BANKLAR
“Bank of Baku” 62 milyon 998 min manatlıq məqsədli ehiyatla rəqiblərini arxada qoyaraq ehiyat yolunda birincilik qazanıb. BOB-çuların sürətləri çox olub. Çünki, bu yolda rəqiblərini ciddi fərqlə geridə qoya bilib. Hətta deyirlər, BOB-çular o qədər sürətli olub ki, yolda “radara” da düşüb. Dostları “finish” xəttində birinciliyini qeyd edərkən bəzi BOB-çular sürətini dayandıra bilməyərək Atatürk prospekti 42 ünvanına qayıdıb.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ən az sahib olan RETAİL bank isə “Turan Bank” olub. Onun sözügedən ehtiyatı 5 milyon 67 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 523 min manat və ya 9,3% azdır. Buna görə də RETAİL banklar arasında ən son yerdə qərarlaşan "Turanın bankı" utandığından nəinki yarış zolağına çıxmayıb, heç baş ofisini də tərk etməyib.