USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank”ın depozit portfelinin valyuta bölgüsü - HESABAT

14.02.2023 Bank
13 0
“ExpressBank”ın müştərilərindən topladığı əmanətlərin 78,3%-i manat ekvivalentində olub.

Kommersant.az xəbər verir ki, “ExpressBank”ın topladığı 193 milyon 107 min manatlıq depozitin 151 milyon 318 mini manat, 33 milyon 972 mini ABŞ dolları, 5 milyon 794 mini avro olub.

Depozit portfelinin 45.7%-i və ya 88 milyon 193 min manatı tələbli, 54.3%-i və ya 104 milyon 915 min manatı müddətli depozit olub.

Tələbli depozitlərin 64 milyon 435 mini manat, 17 milyon 18 mini ABŞ dolları, 5 milyon 794 mini isə avro kimi qeydə alınıb.

Müddətli depozitlərdə 88 milyon 884 mini manat, 16 milyon 954 mini ABŞ dolları olub. “ExpressBank” 2022-ci ilin sonunda avro ilə müddətli əmanət əldə etməyib.