Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin faiz gəlirliyi (ROA) hesablanıb. Xalis mənfəət renkinqində olduğu kimi bu siyahıda da “Bank BTB” 24 bank arasında seçilib.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan aktivlərindən istifadə edə bilməyən bircə “Bank BTB” olub. Onun cəmi aktivlərindən faiz gəlirliyi -1,3% olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 1,45% azdır.
Cəmi aktivlərinə görə faiz gəlirliyi ən yüksək olan “Bank of Baku” korporativ və Retail bankları geridə qoyub. Onun ROA-sı 5,26% olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 0,62% çoxdur. 2021-ci ildə də ən yüksək ROA-ya "Bank of Baku" sahib olub.
Aktivlərindən ən az gəlir götürən bank isə “Muğan Bank” olub. O, 2022-ci ili 0.008% faiz gəliri ilə başa vurub.