USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ASB-nin faiz gəlirləri üzrə - HESABATI

15.02.2023 Bank
17 1
“Azərbaycan Sənaye Bankı” (ASB) 2022-ci ilin sonunda xalis mənfəəti 3 milyon 57 min manat və ya 1.4 dəfə artaraq 5 milyon 285 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, ASB-nin faiz gəliri 2021-ci ilin sonu ilə müqayisədə 2 milyon 7 min manat və ya 7.4% azalaraq 25 milyon 74 min manata enib. Bankın faiz xərcləri də 2 milyon 733 min manat və ya 19% azalaraq 11 milyon 624 min manata düşüb. Nəticədə ASB xalis faiz gəliri əldə edib. Onun xalis faiz gəliri 1 il ərzində 666 min manat və ya 5.2% artaraq 13 milyon 381 min manata çatıb.

Bankın qeyri-faiz gəliri 4 milyon 796 min manat artaraq 10 milyon 536 min manat olub. Qeyri-faiz xərclərini isə 3 milyon 119 min manat və ya 19.9% artıraraq 18 milyon 743 min manata çatdırıb. Bununla da ASB-nin əməliyyat mənfəəti 2 milyon 342 min manat və ya 82.7% artaraq 5 milyon 173 min manata bərabər olub.

ASB Bank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Faiz Gəliri

25.074

27.081

-2.007

Faiz Xərci

11.624

14.357

-2.733

Xalis Faiz Gəliri

13.381

12.715

666

Qeyri-Faiz Gəliri

10.536

5.740

4.796

Qeyri-Faiz Xərci

18.743

15.624

3.119

Əməliyyat Mənfəəti (Zərəri)

5.173

2.831

2.342

Xalis Mənfəət (Zərər)

5.285

2.228

3.057