Azərbaycanda fəaliyyət göstərən bankların cəmi kapital bəndində ümumi ehtiyata nə qədər vəsait ayırdıqları üzrə hesablama apardıq. Hesablamaya görə, 25 bankdan cəmi 20-si sözügedən ehiyatını artırıb. Bu siyahıda da farsların bankını istisna edik ki, "mollaların xətri qalmasın".
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, cəmi kapital bəndində ümumi ehtiyatlarının cəmini azaldan 4 bankın 3-ü korporativ digəri isə RETAİL bankdır.
ÜMUMİ EHİYATINI AZALDANLAR
“Azərbaycan Sənaye Bankı” 2022-ci ilin sonunda 5 milyon 346 min manatlıq ümumi ehtiyata vəsait ayırıb. Bu rəqəm 2021-ci ilin sonu ilə müqayisədə 703 min manat və ya 11.6% azdır. Sənayeçilərin bankı ümumi ehtiyatını azaltsa da, bölüşdürülməmiş mənfəətini artırdığına görə cəmi kapitalını da artırıb.
Ümumi ehtiyatını azaldan digər bank rusların ölkəmizdəki bankı olub. “Bank VTB” sözügedən ehtiyatını 410 min manat və ya 24.9% azaldaraq 1 milyon 237 min manata düşüb. Bölüşdürülməmiş mənfəətinə toxunmayan "rusbank" bunun hesabına cəmi kapitalını artırmış olub.
“Paşanın Bankı” da 2021-ci ilin son rübü ilə müqayisədə ümumi ehtiyatını 19 milyon 359 min amnat və ya 49.8% azaldaraq 19 milyon 499 min manata endirib. “Paşa Bank” buna görə də sözügedən ehtiyatın azalmasına görə korporativ banklar arasında faiz nisbətinə görə ilk sırada qərarlaşıb.
“Premium Bank” da digər korporativ bankların xətri qalmasın məntiqinə dayanaraq ümumi ehtiyatını azaladıb. Onun sözügedən ehtiyatı 3 milyon 950 min manat və ya 24% azalaraq 12 milyon 468 min manata düşüb. Buna görə də işi göylərdə olanların ağlı-fikri yerdə qalıb.
KORPORATİV BANKLAR
Korporativ banklar arasında ehtiyatını ən yüksək səviyyədə tutan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) olub. Dövlətin bankı ümumi ehtiyatlar cəmini 1 il ərzində 45 milyon 282 min manat və ya 30% artıraraq 196 milyon 89 min manata yüksəldib. Yenə də dövlət bankı, yenə də yerli və milli olan millətimizin bankı əhaliyə “Narahatçılığa heç bir əsas yoxdur, dövlət bankı yanınızdadır” mesajı verir.
“AFB Bank” isə ən az ümumi ehtiyata sahib olan korporativ bank kimi özünü quyunun dibinə atıb. Bəlkə də özü yox onu bu quyuya rəqibləri atıb, amma bu barədə dəqiq məlumat hələ əldə olunmayıb. Bəzi deyimlərə görə AFB-ni quyunun dibinə köhnə şəriki “Bank of Baku”nun atdığı deyilsə də, bu məsələ təsdiqini tapmayıb. Bankın ümumi ehtiyatlarının cəmi 2021-ci ilin son rübü ilə müqayisədə 461 min manat və ya 31.5% azalaraq 1 miloyn 922 min manata enib.
RETAİL BANKLAR
Retail banklar arasında “Bank Respublika” ehityatını əldən buraxmayaraq başına tac qoyub, stolun başında əyləşib. Bankın ümumi ehtiyatları 2021-ci ilin son rübü ilə müqayisədə 3 milyon 258 min manat və ya 18.7% artaraq 20 milyon 699 min manata yüksəlib. "Respublikanın bankı" yəqin ki “ehtiyat igidin yaraşığıdır” sözünü özünə rəhbər tutub.
"Qoçların bankı" da "ehtiyat-mehtiyat mənlik deyil, qardaş" deyərək kənara çəkilib öz işi ilə məşğuldur. Türkiyənin “Yapı Kredi Bank”ının Bakı filialı ümumi ehtiyatını 859 min manat və ya 34.8% artıraraq 3 milyon 329 min manata yüksəldib.