“RabitəBank”ın xalis mənfəəti 2021-ci ilin son rübü ilə müqayisədə 8 milyon 456 min manat və ya 3.1 dəfə artaraq 11 milyon 181 min manat olub. Bu xalis mənfəətinə görə bankın aktivlərindən faiz gəlirliyi 1.17% olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 09% çoxdur.
"Kommersant.az" xəbər verir ki, bankın “RabitəBank”ın faiz gəliri 14 milyon 389 min manat və ya 26.6% artaraq 68 milyon 420 min manata çatıb. Bankın faiz xərcləri 19 milyon 723 min manat olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5 milyon 489 min manat və ya 38.5% çoxdur. Buna görə də “Rabitəbank”ın xalis faiz gəliri 22.3% və ya 5 milyon 489 min manat artaraq 48 milyon 696 min manata çatıb.
Qeyri-faiz xərclərini 19 milyon 242 min manat və ya 65% artıraraq 48 milyon 802 min manata, qeyri-faiz xərclərini isə 26 milyon 278 min manat və ya 51.9% artıraraq 76 milyon 873 min manata yüksəltməsi bankın əməliyyat mənfəəti əldə etməsinə səbəb olub.
Bankın əməliyyat mənfəəti 1 il ərzində 1 milyon 854 min manat və ya 10% artaraq 20 milyon 625 min manata çatıb.