USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank”ın aktivləri və onun faiz gəlirliyi - HESABAT

15.02.2023 Bank
16 4
“ExpressBank”ın balans hesabatındakı cəmi aktivləri artıb.

Kommersant.az bankın balans hesabatına istinadən xəbər verir ki, “ExpressBank”ın cəmi aktivləri 1 il ərzində 85 milyon 588 min manat və ya 24.3% artaraq 436 milyon 956 min manata yüksəlib. Bu artımın 41.6%-i kredit portfelinin payına düşüb. Belə ki, sözügedən portfel 2021-ci ili son rübü ilə müqayisədə 35 milyon 645 min manat və ya 13.6% artaraq 297 milyon 84 min manata bərabərləşib. Hər il olduğu kimi 2022-ci ildə də portfelin əsasını artıran kredit istehlak krediti olub. Bankın istehlak kreditləri 159 milyon 369 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 21 milyon 382 min manat və ya 15.5% çoxdur. Biznes kreditləri isə 6 milyon 330 min manat və ya 0.7% artaraq 95 milyon 845 min manata bərabərləşib. Bankın hesabatına görə il sonunda daşınmaz əmlaka verilən kreditlər 7 milyon 933 min manat və ya 23.4% artaraq 41 milyon 870 min manata bərabər olub.

“ExpressBank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 5 milyon 427 min manat azaldaraq 5 milyon 456 min manata endirib. Nəticədə bankın xalis kreditləri 291 milyon 628 min manat təşkil edib. Bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 41 milyon 72 min manat və ya 16.4% çoxdur.

Qeyd edək ki, “ExpressBank”ın 2022-ci ilin sonunda əldə etdiyi xalis mənfəəti 12 milyon 408 min manata bərabər olub. Bu da 2021-ci ilin sonu ilə müqayisədə 4 milyon 707 min manat və ya 61.1% çoxdur. Buna görə də bankın əlində olan aktivlərin faiz gəlirliyi (ROA) 2.84% olub. Bu faiz isə 2021-ci ilin sonu ilə müqayisədə 0.65% çoxdur.

ExpressBank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

436.956

351.368

85.588

Kredit

297.084

261.439

35.645

İstehlak kreditləri

159.369

137.987

21.382

Biznes kreditləri

95.845

89.515

6.330

Daşınmaz əmlak kreditləri

41.870

33.937

7.933

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

5.456

10.883

-5.427

Xalis Kreditlər

291.628

250.556

41.072