“AFB Bank”ın balans hesabatındakı cəmi aktivləri artıb.
Kommersant.az bankın balans hesabatına istinadən xəbər verir ki, AFB-nin cəmi aktivləri 1 il ərzində 10 milyon 144 min manat və ya 0.3% artaraq 282 milyon 381 min manata yüksəlib. Bu artımda ən böyük pay kredit portfelinin üstünə düşüb. Belə ki, sözügedən portfel 28 milyon 67 min manat və ya 19.6% artaraq 170 milyon 854 min manata çatıb. Bu portfeldə istehlak kreditləri 2 milyon 686 min manat və ya 16.4% artaraq 19 milyon 79 min manat, biznes kreditləri 18 milyon 303 min manat və ya 21.9% artaraq 101 milyon 673 min manata, daşınmaz əmlak kreditləri isə 7 milyon 78 min manat və ya 16.4% artaraq 50 milyon 101 min manata yüksəlib. AFB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 5 milyon 580 min manat və ya 20.8% azaldaraq 21 milyon 294 min manata endirib. Bununla da bankın xalis kreditləri 149 milyon 560 min manat olub. Bu isə 2021-ci ilin son rübü ilə müqayisədə 33 milyon 648 min manat və ya 29% çoxdur.
Qeyd edək ki, “AFB Bank”ın 2022-ci ilin sonunda əldə etdiyi xalis mənfəəti 10 milyon 884 min manata bərabər olub. Bu da 2021-ci ilin sonu ilə müqayisədə 1 milyon 581 min manat və ya 17% çoxdur. Buna görə də bankın əlində olan aktivlərin faiz gəlirliyi (ROA) 3.85% olub. Bu faiz isə 2021-ci ilin sonu ilə müqayisədə 0.43% çoxdur.