USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox ipoteka krediti verən banklar - RENKİNQ

16.02.2023 Bank
6 3
Azərbaycanda fəaliyyət göstərən bankların daşınmaz əmlaka verdikləri kredit üzrə renkinqi hesablanıb.

Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, daşınmaz əmlak kreditlərini azaldan üç bankdan ikisi RETAİL, digəri isə korporativ bankdır.

İPOTEKA KREDİTİ AZALDANLAR

Daşınmaz əmlak krediti verən banklar arasında “AccessBank” ipoteka kreditini 1 milyon 569 min manat və ya 22.8% azaldaraq 5 milyon 317 min manata salıb. İpoteka krediti vermək üçün daşınmaz əmlaka baxış keçirilməli və qiymətləndirilməlidir. Bankın əməkdaşları baş ofisin qapısından çıxan kimi də "tıxacda ilişib qalırlar". Ona görə də mənzil başına gedib çata bilmirlər. Yəni, bu azalmada “AccessBank”ın yox, Bakının yol infrastrukturunu tənzimləyənlərdə günah var.

Hər azalan siyahıda olduğu kimi bu azalmada “Bank BTB” olmazsa, olmaz. "Bakılıların Ticarət Bankı" ipoteka kreditlərini 143 min manat azaldaraq 169 milyon 582 min manata enib. Azalmaya görə bu bankın günahı böyükdür. Bəs deməzlər ki, adını ticarət qoyub daşınmaz əmlak kreditini niyə azaltmısan? Daşınmaz əmlak ticarətinin gəlirindən yaxşı ticarət var? Buna görə də, sizə rənginiz kimi qırmızı kart göstəririk.

“Yelo Bank”ın ipoteka kreditləri 2021-ci ilin son rübü ilə müqayisədə 3 milyon 325 min manat və ya 4.4% azalaraq 72 milyon 498 min manata enib.

İpoteka kreditini verən bankların siyahısına baxırıq. Hamısının da baş ofisi tıxacların ana mərkəzlərində yerləşir. Sonra da düşünürük ki, bu bankların əməkdaşları bu tıxaca görəmi mənzil başına çata bilmirlər? Buna görə daşınmaz əmlak kreditləri azalıb? Sonra isə fərqinə vardıq ki, Bakıda artıq tıxacın "ana mərkəzi" yoxe, heç "ata mərkəzi" də yoxdur. Çünki, artıq tıxac üçün "pik saat" anlayışı da qalmayıb. Nə isə mövzumuzdan uzaqlaşmayaq. Yəqin ki, bu məsələ o banklarda işləyən əməkdaşlar üçün ağır mövzudur.

KORPORATİV BANKLAR

Korporativ banklar arasında ən çox ipoteka krediti verən “Azərbaycan Beynəlxalq Bankı” olub. O, 2022-ci ilin sonunda sözügedən kreditə 919 milyon 936 min manat ayırıb ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 186 milyon 352 min manat və ya 25.4% çoxdur.

Türkiyənin ölkəmizdə fəaliyyət göstərən yeganə dövlət bankı “Ziraat Bank”ın daşınmaz əmlaka ayırdığı kredit 6 milyon 163 min manat olub. Bu rəqəm 2021-ci ilin son rübü ilə müqayisədə 3 milyon 955 min manat və ya 1.8 dəfə azdır. Bu bank da Qələbə dairəsində oturub, yuxarıdan aşağı Bakıya doğru baxıb deyir ki, “ay qardaş imkan ver işləyək. Mənə daşınmaz əmlak krediti lazımdır?”.

RETAİL BANKLAR

“Rabitə Bank”ın daşınmaz əmlaka ayırdığı vəsait 1 il ərzində 16 milyon 904 min manat və ya 20.4% artaraq 99 milyon 868 min manat yüksəlib. Bununla da neftçilərin bankı adını lider olaraq lövhəyə yaza bilib. Bu arada hörmətli “Rabitə Bank” demək olar ki, 1 aydır sizə sorğu göndərmişik. Xahiş edirik göndərdiyimiz suallara cavab verin. Sizi çox sevirik.

Ən az ipoteka krediti verən bank isə “Access Bank” olub.

Bankın Adı

Daşınmaz Əmlak Krediti

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

1

ABB

919.936

733.584

186.352

2

Access Bank

5.317

6.886

-1.569

3

AFB Bank

50.101

43.023

7.078

4

ASB

5

Azər Türk Bank

143.012

109.981

33.031

6

Bank Avrasiya

49.574

38.845

10.729

7

Bank BTB

169.582

169.725

-143

8

Bank of Baku

24.725

17.830

6.895

9

Bank Respublika

76.604

62.005

14.599

10

Bank VTB

39.156

30.382

8.774

11

Express Bank

41.870

33.937

7.933

12

Günay Bank

81.635

71.601

10.034

13

Kapital Bank

416.321

290.970

125.351

14

Melli İran Bankı

-

-

-

15

Muğan Bank

114.049

107.561

6.488

16

Naxçıvan Bank

-

-

-

17

Paşa Bank

111.281

85.796

25.485

18

Premium Bank

32.606

29.310

3.296

19

Rabitə Bank

99.868

82.964

16.904

20

Turan Bank

95.848

79.113

16.735

21

UniBank

68.062

61.634

6.428

22

Xalq Bank

317.317

241.848

75.469

23

Yapı Kredi Bank

22.471

17.506

4.965

24

Yelo Bank

72.498

75.823

-3.325

25

Ziraat Bank

6.163

2.208

3.955