USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ziraat Bank”ın aktivlər cəminin göstəriciləri

16.02.2023 Bank
18 3
“Ziraat Bank”ın aktivlər cəmi 2021-ci ilin eyni rübü ilə müqayisədə 140 milyon 829 min manat və ya 36.2% artaraq 528 milyon 899 min manata bərabər olub. Bu artımın 61.3%-i kredit portfelinin payına düşüb. Belə ki, bankın kredit portfeli 86 milyon 367 min manat və ya 37.3% artaraq 317 milyon 579 min manata yüksəlib.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, Türkiyə dövlət bakının istehlak kreditəri 1 il ərzində 466 min manat azalsa da, biznes kreditləri 82 milyon 878 min manat və ya 36.6% artaraq 308 milyon 960 min manata çatıb. “Ziraat Bank” daşınmaz əmlak kreditinə isə 6 milyon 163 min manat ayırıb ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 3 milyon 955 min manat və ya 1.8 dəfə çoxdur.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 6 milyon 306 min manat artıraraq 10 milyon 868 min manata yüksəldən “Ziraat Bank”ın xalis kreditləri 306 milyon 711 min manata bərabər olub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 milyon 61 min manat və ya 5.3% çoxdur.

ZiraatBank Azərbaycan

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

528.899

388.070

140.829

Kredit Portfeli

317.579

231.212

86.367

İstehlak kreditləri

2.455

2.921

-466

Biznes kreditləri

308.960

226.082

82.878

Daşınmaz əmlak kreditləri

6.163

2.208

3.955

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

10.868

4.562

6.306

Xalis Kreditlər

306.711

226.650

80.061