USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bankın xalis mənfəəti 36% azalıb - HESABAT

10.07.2018 Bank
1 0
"NBC Bank" 2018-ci ilin II rübü üzrə açıqladığı maliyyə hesabatlarına görə, xalis mənfəəti 2017-ci ilin sonu ilə müqayisədə 1 milyon 42 min manat azalaraq 1 milyon 872 min düşüb.

“Kommersant” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, faiz gəlirləri 8 milyon 501 min manat, qeyri-faiz gəlirləri 1 milyon 453 min manat, faiz xərcləri 4 milyon 899 min manat, qeyri faiz xərcləri isə 3 milyon 292 min manat təşkil edib.

Bankın nağd vəsitlərinin cəmi 2017-ci ilin sonu ilə müqayisədə artaraq 5 milyon 178 min manat olub. Müştərilərə verdiyi kreditin həcmi 2017-ci ilin sonu ilə müqayisədə 30 milyon 402 min manat artaraq 184 milyon 798 min manat təşkil edib.

Bankın depozit portfeli də son 6 ayda 17 faiz artaraq ( 11 milyon 269 min manat ) 85 milyon 238 min manat olub.