USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Premium Bank”ın cəmi aktivləri üzrə göstəriciləri

16.02.2023 Bank
13 4
“Premium Bank”ın cəmi aktivləri 2021-ci ilin son rübü ilə müqayisədə 68 milyon 137 min manat və ya 0.9% azalaraq 692 milyon 202 min manata düşüb.

Kommersant.az xəbər verir ki, bu azalmada kredit portfelinin payı daha çox olub. Belə ki, sözügedən portfel 71 milyon 108 min manat və ya 14% azalaraq 436 milyon 968 min manata enib.

Depozit portfelində ən böyük pay biznes kreditlərində olub. Bankın biznes kreditləri 78 milyon 659 min manat və ya 16.5% azalaraq 398 milyon 369 min manata düşüb. Buna baxmayaraq “Premium Bank”ın istehlak kreditləri 4 milyon 254 min manat artaraq 5 milyon 993 min manata yüksəlib.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatənı 5 milyon 837 min manat artıraraq 9 milyon 332 min manata çatdırıb. Bununla da “Premium Bank”ın xalis kreditləri 427 milyon 635 min manat olub. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 76 milyon 947 min manat və ya 15.2% azdır.

Premium Bank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

692.202

760.339

-68.137

Kredit

436.968

508.076

-71.108

İstehlak kreditləri

5.993

1.739

4.254

Biznes kreditləri

398.369

477.028

-78.659

Daşınmaz əmlak kreditləri

32.606

29.310

3.296

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

9.332

3.495

5.837

Xalis Kreditlər

427.635

504.582

-76.947