USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank”ın cəmi aktivlər üzrə göstəriciləri

16.02.2023 Bank
27 0
“Yapı Kredi Bank”ın cəmi aktivləri 2021-ci ilin son rübü ilə müqayisədə 87 milyon 120 min manat və ya 22% artaraq 481 milyon 927 min manata çatıb.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, bu artımda kredit portfelinin payı 71.2% olub. Belə ki, bankın kredit portfeli 1 il ərzində 62 milyon 32 min manat və ya 35.5% artaraq 236 milyon 945 min manata çatıb. Bu artımda ən böyük paya 83.7%-lə biznes kreditləri sahib olub. Belə ki, bankın bzines kreditləri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 51 milyon 910 min manat və ya 44.3% artaraq 169 milyon 165 min manata bərabərləşib. Budan başqa “Yapı Kredi Bank”ın istehlak kreditləri də 5 milyon 156 min manat və ya 12.8% artaraq 45 milyon 307 min manata çatıb. Bankın daşınmaz əmlaka ayırdığı kreditlər isə 4 milyon 965 min manat və ya 28.4% artaraq 22 milyon 471 min manat olub.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 683 min manat azaldaraq 38 milyon 215 min manata endirən “Yapı Kredi Bank”ın xalis kreditləri 198 milyon 729 min manata bərabər olub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 62 miylon 714 min manat və ya 46.1% çoxdur.

Yapı Kredi Bank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

481.927

394.807

87.120

Kredit

236.945

174.913

62.032

İstehlak kreditləri

45.307

40.151

5.156

Biznes kreditləri

169.165

117.255

51.910

Daşınmaz əmlak kreditləri

22.471

17.506

4.965

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

38.215

38.898

-683

Xalis Kreditlər

198.729

136.015

62.714