Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kreditinə görə renkinqi məlum olub.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 6-sı biznesmenlərə verdikləri kreditləri azaldıb. Bunlarda 5-i korporativ, 1-i retail bank olub.
BİZNES KREDİTLƏRİNİ AZALDANLAR
“AzərTürk Bank” biznesmenlərə verdiyi kreditləri 2021-ci ilin son rübü ilə müqayisədə 10 milyon 703 min manat və ya 23.3% azaldaraq 35 milyon 236 min manata endirib.
“Bank Avrasiya” da biznemenlərə verdiyi kreditləri 1 il ərzində 4 milyon 554 min manat və ya 6.4% azaldaraq 66 milyon 900 min manata azaldıb.
Binasına heyifimiz gələn “Bank BTB” biznes kreditlərini 1 milyon 34 min manat və ya 1.5% azaldaraq 67 milyon 176 min manata salıb.
“Bank VTB” isə biznes kreditlərini nə az nə çox 28 milyon 385 min manat və ya 36.1% azaldaraq 50 milyon 186 min manata endirib.
“Günay Bank” da bu rəqəmi 11 milyon 196 min manat və ya 8.9% azaldaraq 114 milyon 444 min manata azaldıb.
“Premium Bank” biznes kreditlərini 398 milyon 369 min manat endirib ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 78 milyon 659 min manat və ya 16.5% azdır.