USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ASB-nin əməliyyat nəticələri

17.02.2023 Bank
16 7
“Azərbaycan Sənaye Bankı”nın (ASB) maliyyə və əmaliyyat nəticələri 3 bənd azalıb, 2 bənd isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, ASB-nin aktivləri 2021-ci ilin son rübü ilə müqayisədə 64 milyon 940 min maant azalaraq 747 milyon 621 min manata enib. Bundan başqa bankın verdiyi kreditlərdə də 2 milyon 24 min manat düşmə müşahidə olunub. Bankın depozit portfeli isə 64 milyon 707 min manat azalaraq 449 milyon 675 min manata düşüb.

Bankın xalis mənfəəti 2021-ci ilin eyni rübü ilə müqayisədə 2022-ci ilin sonunda 3 milyon 57 min manat artaraq 5 milyon 285 min manata yüksəlib. Bundan başqa bankın məcmu kapitalı 4 milyon 102 min manat artaraq 104 milyon 653 min manata çatıb.