“ZiraatBank”ın cəmi öhdəlikləri 116 milyon 786 min manat və ya 38.2% artaraq 422 milyon 458 min manata yüksəlib.
Kommersant.az xəbər verir ki, bankın depozit portfeli cəmi öhdəliklərinin 92.1%-ni təşkil edib. Belə ki, bankın depozit portfeli 2021-ci ilin so rübü ilə müqayisədə 107 milyon 661 min manat və ya 51.2% artaraq 317 milyon 806 min manata yüksəlib. Bu artımın 51 milyon 931 min manatı fiziki, 55 milyon 730 min manatı isə hüquqi şəxslərin depozitlərinin üstünə düşüb.
Fiziki şəxslərin bankdakı əmanəti 724% artaraq 123 milyon 679 min manata bərabər olub. Hüquqi şəxslərin əmanətləri isə 40.2% artaraq 194 milyon 126 min manata çatıb.