USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Problemli kreditlərin artmasının səbəbi: "Bəzən işçilər “şapka” qarşılığında..." - AÇIQLAMA

21.02.2023 Bank
0 0
“Problemli kreditlərin azaldılması çox çətin məsələdir”.

Kommersant.az xəbər verir ki, iqtisadçı-ekspert Əkrəm Həsənov problemli kreditlərin azaldılmasından danışarkən bu problemin prinsipcə dünyanın hər yerində olduğunu vurğulayıb.

"İndi kredit götürənlərin - həm əhali, həm də sahibkarların ödəniş qabiliyyəti getdikcə çətinləşir. Ona görə də bu kreditlərin ödənişi gecikir və problemli kreditlər yaranır".

Əkrəm Həsənov bildirib ki, problemli kreditlərin artmaması üçün əsas məsuliyyət bankların üzərinə düşür:

"Banklar kredit verəndə ehtiyatlı olmalıdır. Yəni ödəniş qabiliyyəti zəif olan insanlara kredit verilməsi doğru deyil. Düzdür, bu çox vaxt sosial narazılığa səbəb olur. Məsələn, insanlar deyir ki, banka müraciət edirəm, amma mənə kredit vermirlər. Həmin adamlar başa düşmür ki, banklar müştərinin ödəmə qabiliyyətini nəzərə almalıdır. Bir tərəfən istəyirik ki, problemli kreditlər olmasın, bir tərəfdən də istəyirik hamı rahat şəkildə kredit götürə bilsin. Bütün hallarda müştərinin ödəmə qabiliyyəti nəzərə alınmalıdır".

Əkrəm Həsənov onu da qeyd edib ki, hansı bankda rəhbərlər, işçilər daha məsuliyyətlidir, ora da problemli kreditlər daha az olur:

“Haradakı bankın işçiləri, rəhbərlik dürüst işləyir, orda problemli kreditlər daha az olur. Çünki onlar krediti kimə gəldi vermirlər. Bəzən işçilər müəyyən "şapka” üçün bu kreditlərin verilməsində maraqlı olur".