USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankda əmanəti olanlara vacib xəbər - EKSPERT AÇIQLADI

22.02.2023 Bank
22 11
Əmanətlərin Sığortalanma Fondu (qısaca – ADİF) əhalinin banklarda yerləşdirdiyi əmanətlərin illik faiz dərəcəsinin 12%-i ötməməsi təqdirdə sözügedən depoziti sığortalayır. Hazırda isə yerləşdirilən əmanətlərin vergiyə cəlb olunması bu əmanətlərin sığortalanmasında risk yaradır.

Kommersant.az xəbər verir ki, bunu saytımıza açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda əksər banklar əmanətlər üçün müştərilərinə 10% ödəyir. ADİF isə 12%-ə qədər olan əmanətləri sığortalayır. Əmanətlərə tətbiq olunacaq vergilər isə əmanət faizinin 10%-i olaraq hesablanır. Yəni artıq əmanətçilər 10%-lik əmanətə görə 1% itirəcək. Bəzi banklar isə əmanətlər üzrə faiz vergisini ödədikləri barədə reklam edirlər. Burada diqqət etmək lazımdır ki, əmanət və vergi faizilərinin cəmi əmanətlərin sığortalanması üçün tətbiq olunan faizi (12%-i nəzərdə tutaraq) keçməsin. Əks halda o əmanət ADİF tərəfindən sığortalanmayacaq.

“Vətəndaş işçi kimi işləyəndə, evini kirayə verdikdə ondan vergi tutulur. Halbuki işçi və ya evini kirayə verənin yüksək imkanı yoxdur. Amma vətəndaşın bankda əmanəti arsa demək ki, onun artıq pulu var və vergi də verməlidir”, - deyə Ə.Həsənov bildirib.

Buna görə də gərək əmanətçilər banka depozit yerləşdirdiyi zaman ehtiyyatlı olsunlar.

Ə.Həsənivun sözlərinə görə hazırda inkişaf etmiş ölkələrdə bankların faiz dərəcələri ona görə aşağıdır ki, o ölkələrdə kredit riskləri də aşağıdır. Hamı bilir ki, müştəri bankla müqavilə bağlayıb sonradan öhdəliyini yerinə yetirmədikdə məhkəmə prosesi başlayacaq. Sonradan məhkəmə işə qanuni baxacaq və məhkəmə qərarı da icra olunacaq. Bizdə isə bu yoxdur.