USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın məqsədi kredit faizlərini artırmaqdır

28.02.2023 Bank
18 4
Azərbaycan Mərkəzi Bankının (qısaca - AMB) məqsədi kredit faizlərini artırmaqdır. Aydındır ki, AMB uçot dərəcəsini artırsa, (Banklar üçün AMB-dən götürülən pulu bahalaşdırırsa), məcburi ehtiyat normasını 4%-dən 5%-ə qaldırırsa (Bankın vətəndaşdan, sahibkardan aldığı pulun AMB-də saxlanma faizini artırırsa) bankları məcbur edir ki, siz kredit üzrə faizləri artırın.

Kommersant.az xəbər verir ki, bunu saytımıza açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, AMB qiymət artımının qarşısını almaq istədiyi üçün bu addımı atır:

"Məsələn, kredit faizləri artırılsa, daha az kredit götürüləcək və bununla da AMB iqtisadi aktivliyi, dövriyyədə pul həcmini azaldacaq və son nəticədə sahibkarlar məhsulların qiymətlərini artırmaqda çətinlik çəkəcək. Çünki pul yoxdur. AMB-nin hazırki siyasəti ona yönəlib ki, Azərbaycanda kredit faizləri artırılsın. Bu baxımdan əmanətlərə tətbiq olunan vergi də buna kömək edəcək".

Ə.Həsənov həmçinin qeyd edib ki, AMB uçot dərəcəsini artırır. Uçot dərəcəsi də faizlərin artmasına birbaşa təsir göstərir:

"Yəni, uçot dərəcəsi AMB-nin banklara verdiyi faizdir. Digər tərəfdən də AMB yanvar ayında məcburi ehtiyat normasını da (Bankların əmanətlər üzrə AMB –də məcburi saxladığı pulu) artırdı. Bu rəqəm əvvəl 4% idisə, hazırda 5%-dir. Məsələn, yerli banklar müştəridən 1.000 manatlıq əmanət qəbul edirdisə, bunun 5%-ni (50 manatını) AMB-yə yerləşdirir. Banklar müştəridən depozit qəbul edən kimi onun 10%-ni əmanətçiyə, 5%-ni isə AMB yerləşdirməli, daha sonra da kredit faizini müəyyən edib müştərisinə kredit verməlidir. Bank istənilən halda kredit faizlərini artırmalıdır ki, itikisini qarşılasın".