USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Banklarımızın ümidi xarici təşkilatlara qalıb" - AÇIQLAMA

22.02.2023 Bank
16 3
Banklarda yerləşdirilən depozitlərə verginin tətbiq olunması Azərbaycan banklarını çətin vəziyyətə sala bilər. Çətinliklərdən biri əhalinin banklara əmanət yerləşdirməməsi ola bilər ki, bu da kiçik və orta banklar üçün maliyyə resusrsunun azlığına gətirib çıxaracaq. Bankların resurs azlığına məruz qalması isə Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) tərəfindən bankların üstünə getməsi deməkdir ki, bu da kiçik bankların ləğvinə, orta bankların isə kiçilməsinə gətirib çıxaracaq.

Kommersant.az xəbər verir ki, bəzi banklar əmanət faizlərinə tətbiq olunacaq vergini öz öhdəliyinə götürür. Bu da bankın əldə etdiyi əmanət üçün daha çox faiz ödəməsi deməkdir. Çünki, banklar müştərisindən aldığı əmanətin 5%-i məcburi olaraq AMB kassasına həvalə edir. Bankların beynəlxalq təşkilatlardan əldə etdiyi faizlər 10% civarındadır. Bu da banklarımızın xarici təşkilatlara ümidlənməsinə gətirib çıxara bilər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Samir Əliyevin də fikirlərini öyrəndik. Onun sözlərinə görə, beynəlxalq təşkilatlardan kredit cəlb etmək asan deyil:

"Beynəlxalq təşkilatlardan 10% cəlb etmək üçün onların şərtlərinə cavab vemək lazımdır. İnsanlardan əmanət almaq beynəlxalq təşkilatlardan kredit almaqdan daha rahatdır. Onlar bir sıra hallarda struktur islahatları, audit hesabatlığı, maliyyə hesabatlığı bu tipli tələblər irəli sürürlər. Ona görə də onlardan kredit almaq daha çətindir".

S.Əliyev həmçinin qeyd edib ki, Azərbaycandakı böyük bankların büdcəyə çıxışı var:

"Onların ucuz resurs əllərindədir. Amma kiçik bankların resursa ehtiyacı var. Depozit faizlərini yüksək cəlb edən bankların isə maliyyə problemi, resurs cəlb etmə problemləri mövcuddur. Bunun özü də bir kriteriyadır".