Azərbaycanda fəaliyyət göstərən bankların kapitalının faiz gəlirliyi (ROE) hesablanıb. Xalis mənfəət renkinqində olduğu kimi bu siyahıda da “Bank BTB” 24 bank arasında seçilib.
Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan kapitalından istifadə edə bilməyən bircə “Bank BTB” olub. Çünki, 25 bank arasında "Bakının Ticarət Bankı" 4 milyon 971 min manat xalis zərər açıqlayıb.
Kapitalın gəlirlik əmsalına görə, “Kapital Bank” ən yüksək faizi qazanıb. Belə ki, o, 37.26 faiz ROE göstəricisinə sahib olub. Bu da 2021-ci ilin son rübü ilə müqayisədə 9,5 faiz çoxdur.
Kapitalından ən az gəlir götürən bank isə “Muğan Bank” olub. O, 2022-ci ili 0,06 faiz ROE göstəricisi ilə başa vurub.
Qeyd edək ki, hesablama zamanı mənfəət vergisi diqqətə alınıb.